Siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı dinc etiraz aksiyasında iştirak edib

Tarix :
Siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı dinc etiraz aksiyasında iştirak edib

Avropada yaşayan bir sıra siyasi mühacirlər, o cümlədən siyasi fəaliyyətinə görə təqiblərlə üzləşən və buna görə də uzun müddətdir ki, ailəsi ilə birlikdə Avropada siyasi mühacir həyatı yaşayan Yusif Rəsulov (fotoda aşağıda sağ tərəfdən ikinci şəxs) Əli Kərimlinin həbs olunmasına qarşı və Azərbaycandakı digər siyasi məhbusların azad olunmasına dəstək məqsədilə, Fransanın Laval şəhərində 6 dekabr 2025-ci il tarixdə təşkil olunan dinc etiraz aksiyasında iştirak etmişdir.

Bu barədə Yusif Rəsulovun rəsmi Facebook hesabında ( https://www.facebook.com/share/p/16a26EhVoW/?mibextid=wwXIfr ) və "Azadlıq" qəzetinin rəsmi facebook səhifəsində ( https://www.facebook.com/share/1HqD68V5u9/?mibextid=wwXIfr ) paylaşım edilmişdir.

Aksiya zamanı iştirakçılar haqsız yerə həbs edilən Əli Kərimlinin, həmçinin jurnalistlərin, fəalların və ictimai-siyasi fiqurların fotolarını nümayiş etdirərək, onların səsinin boğulmasına imkan verilməməsinin vacibliyini vurğulamışdırlar. Məqsəd — Fransa ictimaiyyətini Azərbaycanda davam edən insan hüquqları pozuntuları barədə məlumatlandırmaq olmuşdur. Etiraz aksiyası "Liberté" təşkilatının dəstəyi ilə keçirilmişdir.

Siyasi mühacir Yusif Rəsulov, özünə və Azərbaycanda yaşayan ailə üzvlərinə (valideynlərinə) qarşı hələ də davam edən təzyiqlərə və təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq qalıb qanunsuz olaraq şərlənərək həbs olunmuş 400-ə yaxın siyasi məhbusun azad olunması ilə bağlı, sosial media vasitəsilə Azərbaycan hökumətinə çağırışlar etmişdir. 

Bir daha xatırladaq ki, Yusif Rəsulov Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə, ailəsi ilə bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Həmçinin o, mühacir olduğu ölkədə mütəmadi olaraq keçirilən, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaların fəal iştirakçılarındandır.скачать dle 12.1

SİZƏ MARAQLI OLA BİLƏR