Avropada yaşayan siyasi mühacir Təbriz Quliyev Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

Tarix :
Avropada yaşayan siyasi mühacir Təbriz Quliyev Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

Pressdent.info Avropada fəaliyyət göstərən "Liberte" təşkilatına, həmçinin "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, Avropada yaşayan bir sıra mühacirlər, o cümlədən siyasi fəaliyyətinə görə ölkədə təqiblərlə üzləşən və buna görə də uzun müddətdir ki, Fransada yaşayan mühacir Təbriz Quliyev (fotoda sağ tərəfdən birinci şəxs) Azərbaycandakı siyasi məhbusların azad olunmasına dəstək məqsədilə, yaşadıqları şəhərdə 6 dekabr 2025-ci il tarixdə dinc aksiya keçirmişlər.

Aksiya iştirakçıları Azərbaycanda son dövrlər get-gedə artan, jurnalist və azad fikir sahiblərinin, həmçinin AXCP lideri Əli Kərimli və digər partiya üzvlərinin son günlər qanunsuz və şərlənərək cinayət məsuliyyətinə cəlb edilmələri və həbs olunmalarına qarşı şüarlar səsləndirmişlər. 

Siyasi mühacir Təbriz Quliyev, ona qarşı hələ də Azərbaycanda davam edən təzyiqlərə, ailə üzvlərinə qarşı olan təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq qalıb qanunsuz olaraq həbs olunmuş bütün siyasi məhbusların azad olunması ilə bağlı sosial media vasitəsilə Azərbaycan hökümətinə çağırışlar etmişdir. 

Bununla bağlı Təbriz Quliyevin qardaşı Araz Quliyev də redakasiyamıza məlumat vermişdir. O, bildirmişdir ki, qardaşının (Təbriz Quliyev) öz siyasi fəaliyyətini Avropada davam etdirməsi, tez-tez onları polisin təzyiq və təhdidləri ilə üz-üzə qoyur. 

Xatırladaq ki, Təbriz Quliyev Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə,ailəsi ilə bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Həmçinin o, yaşadığı ölkədə mütəmadi olaraq keçirilən, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaların həm təşkilatçısı, həm də fəal iştirakçısıdır.

Pressdent.infoскачать dle 12.1

SİZƏ MARAQLI OLA BİLƏR