
Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun 11 saylı cəzacəkmə müəssiəsində qapalı vəziyyətdə saxlanıldığı deyililr.
Yaxınlarının oktyabrın 20-də yaydığı məlumata görə, Səmədov bunu telefon danışığı zamanı nənəsi Zibeydə Osmanovaya deyib
Səmədəovun nənəsinə bildirdiyinə görə, “zon” rəisi ona deyib ki, 1,5 ay qapalı otaqda saxlandıqdan sonra o, Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə köçürüləcək.
Z.Osmanovanın sözlərinə görə, Bəhruz Səmədov “belə saxlanılmaqdansa, məni güllələsinlər” və “həyatıma qəsd edəcəyəm” kimi ifadələr işlədib.
Yaxınları xatırladırlar ki, Səmədov əvvəllər iki dəfə intihara cəhd edib və son anda xilas edilib.
Deyilənlərlə bağlı Penitensiar Xidmət hələki münasibət bildirməyib.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.
Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
