“QHT işi” üzrə məhkəmə prosesləri başlayır

Tarix :
“QHT işi” üzrə məhkəmə prosesləri başlayır

Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan yerli və beynəlxalq “QHT işi” üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının məhkəməsi yaxın günlərdə başlayacaq.
İstintaqı yekunlaşan şəxslər arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova var. Onların işləri artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlanıb. Həmin vaxt B.Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) də həbs olunub. Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə barəsində də həbs qərarı çıxarılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı müxtəlif hallarda), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Ümumilikdə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri də var.
İstintaq müddətində bir sıra fəallar barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə sabiq məsləhətçisi Mehriban Rəhimli və başqaları yer alır.
Bundan əlavə, Sosial Hüquqlar Mərkəzinin ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə barəsində həbsli axtarış elan edilib.скачать dle 12.1

SİZƏ MARAQLI OLA BİLƏR