SON DƏQİQƏ

10:59 - Ağcabədi Suvarma Sistemləri idarəsinin rəisi Azər Çingiz oğlu Bayramov Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı təbrik etdi.

14:54 - Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Mikayılov Abbas Lətif oğlunun əvəz olunmaz əməyi, xalqına və rəhbərliyə olan sədaqətindən irəli gəlir.

03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ

04:00 - Aktyor Muxtar Manıyev. İki ayağını da kəsdilər, oğlunun toy günü vəfat etdi - ən çox filmə çəkilən aktyor..

17:03 - Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri, “Bakı Tekstil Fabriki” MMC - nin direktoru Səkinə Babayeva Azərbcan xınımı adını beynəlxalq səviyədə təmsil edən vətənpərvər xanımlardan biridir.

12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.

09:01 - Армяне или хаи? Маски сорваны

19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı

08:08 - Yeni Azaərbaycan Partiyasının, Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov: Ümummilli Lider Heydər Əliyev və Ali Baş Kömandan İlham Əliyev Azərbaycanın əfsanəvi tarıxı qəhrəmanlarıdır.

08:39 - Vidadi Hüseynovun rəhbərliyi ilə 33 saylı Ağcabədi rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

15:58 - "Moskva”Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Esmira Həsənova Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu

11:03 - Səfa Şirinovun rəhbərliyi ilə Sabirabad Elektrik Şəbəkəsi insanlara maksimum xidmət göstərir...

10:26 - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev: “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçımalıyıq. Niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?

11:24 - GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV

PressDent.Info

Siyasi mәhbus ailәlәri gәzintiyә çıxdı, polis onları saxladı (Video)

Siyasi mәhbus ailәlәri gәzintiyә çıxdı, polis onları saxladı (Video)
25-06-2018, 19:03 56724 dəfə baxılıb

Siyasi məhbusların ailə üzvləri iyunun 15-də bulvarda birgə gəzinti zamanı polislər tərəfindən saxlanılaraq, Səbail rayonu 9-cu polis bölməsinə aparılıb. Bu barədə “Azadliq.info”ya saxlanılan məhbus ailələri məlumat verib.

Onların arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur, “Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzinin həyat yoldaşı Nigar Həzi, heykəl məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanova, AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli, cəbhəçi gənclər Orxan Baxışlının anası Kəmalə xanım, Ruslan Nəsirlinin anası Məleykə xanım və digər şəxslər olub.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar şüar səsləndirmədən, sakitcə gəzərkən polislər onları saxlayıb. Məhbus ailələrinin əynində siyasi məhbusların şəkilləri olan köynəklər olub.

Saxlanılan şəxslər 9-cu bölməyə aparılıb, orada ad-soyadları və s. məlumatlar alınandan sonra buraxılıblar. Lakin bir qədər sonra yenidən saxlanılıblar.

Zümrüd Yağmurun sözlərinə görə, polis bölməsində onlara heç bir təzyiq olmayıb: “Bizimlə normal davrandılar. Hərçənd, aralarında öz tərbiyəsini nümayiş etdirib, təhqiramiz ifadələr işlədən, kobudluq edənlər də vardı. Oradan çıxıb, gedib haradasa birlikdə çay içib bayramı qeyd etmək istəyirdik ki, yenidən bizi saxladılar. Heç bir səbəb də demirlər ki, niyə saxlandığımızı bilək”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ