SON DƏQİQƏ

PressDent.Info

İranda hicabı təbliğ edən TV ulduzunun başıaçıq şəkilləri yayılıb (Video)

İranda hicabı təbliğ edən TV ulduzunun başıaçıq şəkilləri yayılıb (Video)
27-07-2017, 19:01 10527 dəfə baxılıb

İran televiziyasının tanınmış simalarından biri, aktrisa Azadeh Namdari-nin islami geyim qaydalarına uyğun olmayan görüntüləri yayılıb. Buna görə ictimaiyyət onu riyakarlıqda ittiham edir.

Əvvəllər TV aparıcısı olmuş, sonradan aktyorluq karyerasına başlamış Namdari illərlə hicabı, İranda islami geyim qaydası kimi qəbul olunmuş başı və bədəni örtən, yalnız üzü açıq saxlayan qara çadranı təbliğ edib.

2014-cü ildə verdiyi müsahibədə o, çadra örtməsi ilə fəxr etdiyini deyib: “Çadra örtmək üçün inanclı olmalısan” Onun bu sözləri mühafizəkarlar tərəfindən alqışlanıb.

İranda islam inqilabından sonra tətbiq edilmiş islami geyim qaydalarına görə, ictimai yerlərdə qadınlar saçlarını və bədənlərini tamamilə örtməlidirlər. Ancaq qadınlar öz evlərində və yaxın qohumlarının əhatəsində hicab örtməli deyillər.

Hətta bu gün belə, əxlaq polisi küçədə hicab qaydalarına tam əməl etməyən qadınları saxlayaraq cəzalandırır.

“Çadra örtmək üçün inanclı olmalısan. Əks halda ifşa olunacaqsan. …Allaha şükür, mən efirə çıxanda çadralı idim. Özümü təhlükəsizlikdə hiss etdim. Hiss etdim ki, mənə hörmət edirlər. Bu, çadranın mənə gətirdiyi gözəlliklər idi. … Bunu dediyimə görə üzr istəyirəm, ancaq mən bu çadra ilə daha gözələm”, – Namdari ifrat mühafizəkar «Vatan-e Emruz» qəzetinə müsahibəsində deyib.

O, Instagram-da da tez-tez özünün çadralı şəkillərini paylaşırdı. Bu yaxınlarda Cenevrəyə səfəri zamanı BMT-nin ofisi qarşısında qara çadralı şəklini paylaşmışdı.

Ancaq Namdari-nin elə həmin səfər zamanı çəkilmiş, internetə sızmış digər görüntülərində o, nəinki çadrasız, hətta saçları tamamilə açıq görünür. Açıq havada çəkilmiş bu fotolarda Namdari kombinezon geyinib.

Bu görüntülər bir çox internet istifadəçisinin ciddi qınağına tuş gəlib. İstifadəçilər onu riyakarlıqda və yalan danışmaqda ittiham edirlər. Namdari isə tənqidçilərə cavab olaraq baş örtüyünün bir anlıq sürüşdüyünü deyib. O əlavə edib ki, şəkil çəkilən zaman yaxın qohumlarının arasında olub.

“Dostlarımdan, bu şəkilləri görüb təəccüblənmiş… adamlardan üzr istəyirəm. Sadəcə, onlara qısa izahat vermək istəyirəm: mən yaşıl bir məkanda yaxınlarımla birlikdə idim”, – Namdari internetdə paylaşdığı videoda  belə deyir.

 

O, deyir ki, 10 aylıq körpəsini uşaq arabasında yellədərkən baş örtüyü bir anlıq düşüb. Ancaq internet istifadəçilərinin ittihamları səngiməyib.

The İndependent” yazır ki, İran dövlət telekanalının aparıcısı onu İsveçrədə məzuniyyət zamanı pivə butulkasını hicabsız başına çəkərkən görüntüləyən foto internetə çıxdıqdan sonra hiddətə səbəb olub.

Namdari onun özəl şəkillərini internetdə yayanları qınayıb. Ancaq internet istifadəçiləri onun başıaçıq şəkillərinin çəkildiyi parkın ictimai yer olduğunu, məcburi geyim qaydasınınsa İranda şəxsi məsələ olmadığını vurğulayıblar.

Son 30 il ərzində İran rəsmiləri qadınları hicab qaydalarına əməl etməyə məcbur etmək üçün mediadan tutmuş güc və təzyiqə qədər müxtəlif üsullardan yararlanıblar. Bu müddət ərzində onlar qadınların istədiklərini geyinmək və ictimaiyyət arasında istədikləri kimi görünmək kimi bəsit hüququnu əllərindən alıblar.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ