SON DƏQİQƏ

PressDent.Info

Eksperiment: Bu sitatların Quran ayəsi olduğunu zənn etdilər və… VİDEO

Eksperiment: Bu sitatların Quran ayəsi olduğunu zənn etdilər və… VİDEO
10-12-2015, 13:43 27405 dəfə baxılıb

Hollandiyanın Dit Is Normaal prankerləri  maraqlı bir eksperiment həyata keçiriblər. Belə ki, onlar «İncil» kitabını, üzərinə «Qurani-Kərim» yazılan cildlə üzləyirlər. Sonra isə yoldan keçənlərə bu kitabdan sitatlar oxumağa başlayırlar. Xəbərsiz sakinlər isə bu cümlələrin  Qurani-Kərimdən olduğunu zənn edirlər.

Məsələn, Levitin Kitabından belə bir cümlə oxunur: «Əgər bütün bunlardan sonra Məni dinləməsəniz və Mənə əks getsəniz, o zaman Mən də qəzəblə sizin əleyhinizə gedəcəm və həmin an sizlərİ günahlarınıza görə cəzalandıracam və siz oğlanlarınızın ətinizi yeyəcəksiniz və qızlarınızın ətini yeyəcəksiniz» (26-cı fəsil).
 
Və yaxud da həmin kitabdan belə bir sitat gətirildi: «Əgər kimsə qadınla yatdığı kimi kişi ilə də yatsa, onlar iyrənclik etmiş olurlar. Ölüm olsun onlara, onların qanı onların üzərindədir» (20-ci fəsil).
 
Sakinlər isə  bu sitatların Qurandan olduğunu zənn edərək, buna neqativ yanaşıblar. Bəziləri deyir: «Əgər Sən  bu kitabla və belə bir düşüncə ilə  böyüyübsənsə, bu sənin düşüncənə təsir edər». Digəri isə deyir: «Elə bil ki, onlar öz düşüncələrini sənə yeritmək istəyirlər».
 
Daha sonra prankerlər iştirakçılara deyirlər ki, bu sitatlar  İncildəndir. Bu fakt çoxlarını təəccübləndirir. FaktXeber.com olaraq həmin maraqlı eksperimenti sizlərə təqdim edirik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ