SON DƏQİQƏ

PressDent.Info

Yeni avtobuslarda yeni qaydalar - VİDEO

Yeni avtobuslarda yeni qaydalar - VİDEO
9-09-2015, 10:20 27545 dəfə baxılıb

Yeni avtobuslara minmək və düşmək qaydaları müəyyən edilib.
 
Xəbər verdiyimiz kimi, Bakıda yeni nömrəli avtobus marşrutu tam olaraq işləməyə başlayıb. Bu marşurutla hərəkət edən avtobuslar "28 May" metrostansiyasından "Koroğlu" metrostansiyasına qədər gedəcək.
 
Qarşısında innovasiya texnologiyalarının tətbiqiylə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məsələsini məqsəd qoyan "Baku Bus" şirkəti bildirir ki, bu ilin sonuna kimi bir neçə marşrutistismara veriləcək və avtobus parkı tamamilə yenilənəcək.
 
Yeni avtobuslara minmək və düşmək qaydaları aşağıdakı bəndlərlə müəyyən edilib: 
1. Avtobusa sərnişinlərin girişi qabaq qapıdan tələb olunur.
2. Avtobuslardan sərnişinlərin çıxışı ikinci və üçüncü qapılardan tələb olunur.
3. Qabaq qapı vasitəsilə avtobusdan düşmək, həmçinin ikinci və üçüncü qapıdan avtobusa daxil olmaq qəti qadağandır.
4. Qabaq qapı vasitəsilə avtobusa girib gediş haqqı ödənişi üçün xüsusi aparata kartı qoyun.
5. Sizin kartınızın cihaz vasitəsilə müvəffəqiyyətlə yoxlandığına əmin olduqdan sonra salona daxil olun.
6. Keçid zamanı sıxlıq yaratmayın. Sərnişinlərin salona girişinə mane olmadan ödənişi edin.
7. Yeni avtobuslarda gediş haqqı ödənişi yalnız "BakıKart" ictimai nəqliyyatının vahid kartlarının köməyi ilə həyata keçirilir.
8. "Baku Bus" şirkətinin avtobuslarında nağd ödəniş qadağan edilir.
9. "Baku Bus" şirkətinin avtobusları yalnız müəyyən edilmiş dayanacaqlarda dayanır. Dayanacaqdan kənarda avtobuslar dayanmayacaq.
10. Avtobus salonunda siqaret çəkmək, qidalanma və ictimai nəqliyyatda qəbul edilməyən davranış normaları qəti şəkildə qadağan edilir.
11. Sərnişinlər və ictimai nəqliyyatın sürücüsünün təhlükəsizliyinin təmin olunması üçün "Baku Bus" şirkətinin avtobuslarında videonəzarət kameraları işləyir.
12. Şirkətin iş prinsipləri haqqında lazımlı informasiyanı siz internetdə "Baku Bus" www.bakubus.az şirkətinin saytından tapa bilərsiniz, həmçinin - *4242 və (012) 404-11-10 telefon nömrələrindən əldə edə bilərsiniz.
 
"Baku Bus" şirkəti sizə xoş səyahət arzu edir və ictimai nəqliyyatda davranışın müəyyən edilmiş qaydalarına riayət etməyi xahiş edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ