SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda “GetContact” proqramına qadağa qoyulub

Azərbaycanda “GetContact” proqramına qadağa qoyulub
7-02-2018, 15:19 36540 dəfə baxılıb

Bu gündən etibarən azərbaycanlı istifadəçilər arasında böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış “GetContact” mobil tətbiqinə girişə qadağa qoyulub.
Son bir neçə gündə yüzlərlə istifadəçinin yüklədiyi tətbiqin Azərbaycanda bağlanma səbəbi kimi şəxsi məlumatları yaymaqla, məxfiliyi pozması olduğu güman edilir.
Məlumat üçün bildirək ki, “GetContact” mobil tətbiqi vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi
Axtarış sətrinə mobil nömrə daxil etdikdə, istifadəçi həmin abonentin digər şəxslərin telefon kitabçasında qeyd olunan adını görə bilirdi. (BakuPost)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ