SON DƏQİQƏ

PressDent.Info

Apple dünyada bazar dəyəri 800 milyard dolları keçən ilk şirkət oldu

Apple dünyada bazar dəyəri 800 milyard dolları keçən ilk şirkət oldu
9-05-2017, 15:42 13572 dəfə baxılıb

ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 800 milyard dolların üzərinə çıxaraq rekord qırıb. “Marja” xəbər verir ki, səhminin dəyəri bazar ertəsi günü 3%-dən çox artım qeyd edən Apple, dünya üzrə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub.

 

Dünyanın ən böyük bazar dəyərinə malik Apple-ın səhminin qiyməti ötən cümə günü 148.96 dollardan bağlamasının ardından bazar ertəsi günü 3.2 faiz yüksələrək 153.70 dollara qədər qalxıb.
Beləliklə, bu gün bazar dəyəri 815.08 milyard dollar olan Apple, tarixdə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub. Apple-ın bu ilin ilk rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz artaraq 52.9 milyard dollar olmuşdu. Şirkətin xalis mənfəəti də həmin dövrdə 4.8 faiz artaraq 11 milyard dollara qalxmışdı.
Apple, ABŞ şirkətləri arasında bu ilin yanvar-mart dövründə ən böyük xalis mənfəət əldə edən şirkət olmuşdu.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ