SON DƏQİQƏ

PressDent.Info

“Apple” 200 milyon “iPhone 8” satmağı planlaşdırır

“Apple” 200 milyon “iPhone 8” satmağı planlaşdırır
21-04-2017, 14:21 11310 dəfə baxılıb

Mikrosxem tədarükçüləri “Apple” korporasiyasından aldıqları sorğudan sonra istehsalı genişləndirir.

“GSMArena” nəşrinin verdiyi məlumata görə, satışların yüksək gözləntiləri səbəbindən istehsalçılar 2017-ci ilin ikinci yarısında hər rüb ərzində 50 milyon ədəd çipset istehsal edəcəklər.

Çin prosessor istehsalçılarına bağlı mənbələr bildirir ki, “Apple” “iPhone 8” adlanacaq özünün yubiley smartfonundan təxminən 220-230 milyon ədəd satmağı planlaşdırır.

Xüsusi olaraq “Apple” üçün yaradılmış A11 prosessoru TSMC şirkəti tərəfindən NXP və “Qualcomm” şirkətlərinin köməyi ilə istehsal olunacaq. Dekabrın 31-də yekunlaşmış 2017-ci maliyyə ilinin birinci rübündə “Apple” 78,3 milyon “iPhone” satıb ki, bu da ötən ildəkindən 18 faiz çoxdur.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ