SON DƏQİQƏ

PressDent.Info

90 faiz istifadəçinin Androidin bu sirlərindən məlumatı yoxdur

90 faiz istifadəçinin Androidin bu sirlərindən məlumatı yoxdur
18-04-2017, 15:38 21576 dəfə baxılıb

Yəqin ki, bu gün cibində sevimli smartfonu olmayan insanı tapmaq çətindir. Bununla belə, insan üçün ən faydalı ixtiralardan olan bu əşyanı tam tanıyan insan da azdır. Sizə Androidin 8 ən maraqlı funksiyası barədə məlumat verəcək.
 
 
Enerjiyə qənaət etməyin ən asan yolu
 
Android qurğunuzda divar şəkli üçün  qara, yaxud başqa tünd fon seçsəniz, piksellərin avtomatik işıqlandırılması sönəcək və siz telefon, yaxud planşetin daha uzun müddətə enerji saxladığının şahidi olacaqsınız. Düzdü, hələ ki, bu funksiya  bütün Android qurğular üçün keçərli deyil, amma Samsung smartfonlarının əksəriyyətində var. Yoxlamağa dəyər.
 
 
Mətnin səslə ifası
 
Əgər Android qurğunuz varsa, bu məqaləni nəinki oxuya, hətta dinləyə bilərsiniz. Bunun üçün "Ayarlar"dan "xüsusi imkanlar" maddəsini tapın və "mətnin səsli ifadəsi" funksiyasını qoşun.
 
 
Smartfonun  uzaqdan idarəsi
 
Menyudan "Ayarlar" - >"Təhlükəsizlik"> "Qurğunun administratorları"na girin "Androidin uzaqdan idarəsi"ndə "Qurğuların uzaqdan  axtarışı" qrafasının qabağına işarə qoyun. Belə olarsa, telefonunuz itərsə, bütün məlumatları  bərpa edə və ona bu sayt vasitəsi ilə blok qoya bilərsiniz.
 
Qonaq rejimi
Əgər siz telefonunuzu müəyyən müddətə  başqasına  vermək və bu müddətdə  öz şəxsi məlumatlarınızın məxfiliyini qorumaq istəyirsinizsə, sadəcə "Qonaq rejimi"ndən istifadə edin. İki barmağınızla  displeydən aşağı sürüşdürün və tez ayarlar pəncərəsindən sağ yuxarı küncə olan  istifadəçi  ikonasına vurun. Ora da "qonaq əlavə et" funksiyası yaranacaq. Bundan sonra  həmin adamın sizin telefıonunuzdakı fəaliyyətlərini özünüz seçin.
 
 
Ekran lupası
 
Zəif görən insanlar  bu funksiyanın onların işini nə dərəcədə asanlaşdıracaqlarından məlumatsızdırlar. Bunun üçün "Ayarlar" > "Xüsusi imkanlar"> "Böyütmək üçün jestlər" bölməsinə girin. Bundan sonra displeyin istənilən hissəsinə vurmaqla oranı böyütmək olur.
 
 
Modem rejimi
 
Müxtəlif qurğulardapn internetə girmək üçün  ayrıca 3G modem, yaxud digər qurğular  almaq lazım deyil, smartfonunuz bu problemi həll edə bilər. Bunun üçün "Naqilsiz şəbəkə" qrafasında "Xot-spot" seçin və "WLAN giriş nöqtəsi" seçin. 
 
 
 
Başın hərəkəti ilə smartfonun idarəsi
 
Bəzən elə olur ki, sevimli qadjetimizi istifadə etməliyik, ancaq əllərimiz məşğul olduğundan bu işdə çətinliyə düşürük. Lakin  bu problemin də həlli var. Bunun üçün EVA Facial Mouse pulsuz tətbiqindən istifadə edin.
 
 
Gizli oyun
 
Google kompaniyası Android 2,3 Gingerbread-dan başlayaraq bütün istifadəçilər üçün kiçik hədiyyə qoyur. Ancaq onu tapmaq çətindir.
Bunun üçün "Ayarlar"ı açın və "Telefon haqqında", yaxud "Planşet haqqında" bölməsinə girin. "Android versiyası" məntəqəsinə bir neçə dəfə cəld bas və ekranda marşmellou zefiri yaranan kimi onun üstündən də cəld bir neçə dfə basın. Bundan sonra  kiçik mini oyun açılacaq.
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ