SON DƏQİQƏ

PressDent.Info

“Apple” daha bir məhşur şirkəti almağa hazırlaşır

“Apple” daha bir məhşur şirkəti almağa hazırlaşır
3-04-2017, 14:22 10353 dəfə baxılıb

Apple şirkəti sərbəst vəsaitlərini Disney şirkətinin əldə edilməsinə yatıra bilər.

iPhone istehsalçısının hesablarında 200 milyard dollardan çox vəsait var. RBC şirkətinin analitiki Stiven Kehol hesab edir ki, Apple bu pulları Disney studiyasının əldə edilməsi üçün istifadə edə bilər. 2016-cı ildə böyük gəlir əldə edən 10 filmdən 5-nin Disney tərəfindən buraxıldığını nəzərə alsaq, bu uğurlu investisiya olacaq.

Məlumdur ki, Disney şirkətinin icraçı direktoru Bob Ayqer Apple şirkətinin direktorlar şurasının üzvüdür. O nəhəng Apple şirkətinin direktorlarının tərkibinə 2011-ci ildə qatılıb. O həmçinin şirkətin dəyəri bir neçə milyon dollar olan səhmlərinə də sahibdir.

RBC Disney studiyasının alınmasının mümkünlüyünü dilə gətirən yeganə analitik şirkət deyil. Belə ki, keçən il Margate Capital hedge fondunun yaradıcısı Samanta Grinberg hər iki şirkət arasında müqavilənin Apple şirkəti üçün məntiqli “alış-veriş” adlandırmışdı (Banker.az).

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ