SON DƏQİQƏ

PressDent.Info

“Facebook”a 3 yeni funksiya əlavə edilir

“Facebook”a 3 yeni funksiya əlavə edilir
29-03-2017, 15:02 10962 dəfə baxılıb

“Facebook”, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş tətbiqinə yenilənməni təqdim etdi.
Yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir. Təkmilləşdirilmiş kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən Stories bölməsi və Direct adlı şəxsi söhbətlər bölməsi. Təkmilləşdirilmiş kamera funksiyası, foto və videoya tətbiq olunan bir çox effektlər, maskalar, çərçivələr və interaktiv filtləri özündə birləşdirir.
Snapchat, Instagram,Facebook Messenger və WhatsApp-da olan Stories bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin yuxarı hissəsində təqdim olunacaq.
Direct funksiyası isə müəyyən istifadəçi ilə foto və video paylaşılmasını təmin edir. Bununla belə göndərilmiş foto və videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul edəcək şəxs isə onlara baxa və cavab verə bilər. Lakin kontent barəsində söhbət yekunlaşdıqdan sonra, sözügedən kontent artıq Direct bölməsində görünməyəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ