SON DƏQİQƏ

PressDent.Info

Partlayan Galaxy Note 7 yenidən bazara çıxır

Partlayan Galaxy Note 7 yenidən bazara çıxır
17-09-2016, 16:15 15573 dəfə baxılıb

Məlumata görə,  “Samsung” şirkəti istehsal etdiyi “Galaxy Note 7” smartfonunun tədarükünü qeyri-müəyyən müddətə təxirə salmışdı.

Buna səbəb son zamanlar smartfondakı batareyaların telefon sahiblərinin əlində partlaması idi.

Artıq şirkət  Galaxy Note 7 modellərinin satışa çıxacağı yeni tarixi açıqlayıb. İlk olaraq Cənubi Koreyada satışa çıxarılacaq yeni modellər sonra digər ölkələrdə də satılacaq.
 
Yeni Galaxy Note 7 modelləri sentyabr ayının 28-dən etibarən ilk olaraq şirkətin vətəni olan Cənubi Koreyada satışa çıxarılacaq.
 
Məlumatlara görə, yeni Galaxy Note 7 modellərinin qutusunda "etibarlıdır" yazısı olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ