SON DƏQİQƏ

PressDent.Info

Dünya nəhəngi 1,9 milyon maşını geri çağırıb - ölümlə nəticələnəcək səbəb

Dünya nəhəngi 1,9 milyon maşını geri çağırıb - ölümlə nəticələnəcək səbəb
16-09-2016, 19:24 10353 dəfə baxılıb

İtaliya-Amerika avtomobil istehsalçısı Fiat-Chrysler dünya üzrə 1,9 milyon avtomobilini proqram səhvi ucbatından geri çağırıb.
 
Məlumatına görə, şirkətdən verilən yazılı açıqlamada xətalı kompüter proqramından qaynaqlanan problemin hava yastıqları və təhlükəsizlik kəmərlərinin qəza anında funksiyalarını itirməsinə səbəb olduğu bildirilir.
 
İndiyə kimi 3 nəfərin ölümünə və 5 nəfərin yaralanmasına səbəb olan xətanın ABŞ-da 1,4 milyon və digər ölkələrdə yarım milyona yaxın maşında da ola biləcəyi güman edilir. 
 
Xətalı proqrama malik modellər arasında 2010-2014-cü il istehsalı "Chrysler Sebring", "Dodge Caliber", "Avenger", "Jeep Patriot" və "Compass" kimi markalar yer alır.
 
Digər bir ABŞ avtomobil istehsalçısı "General Motors" (GM) da ötən həftə 4,3 milyon avtomobilini eyni səhvə görə geri çağırmışdı. Mütəxəssislər proqramdan yaranan texniki problemlərin avtomobil sektoruna böyük zərər vurduğunu bildirir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ