SON DƏQİQƏ

PressDent.Info

İlk dizüstü kompyuterin yaradıcılarından Con Allenbi vəfat edib-FOTO

İlk dizüstü kompyuterin yaradıcılarından Con Allenbi vəfat edib-FOTO
29-08-2016, 18:17 12615 dəfə baxılıb

Kompyuter texnikaları üzrə mütəxəssis Con Allenbi 75 yaşında San Fransiskodakı evindən vəfat edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  The New York Times mərhumun oğluna istinadən xəbər yayıb. Onun ölüm səbəbi hələ ki, bəlli deyil.
 
Böyük Britaniyada dünyaya gələn  Con Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatının Mauntin Vyu şəhərində Grid Systemı kompaniyasını yaradır. Konstruktor  Uilyam Moqriclə birlikdə  o ixtiraçılar qruppu formalaşdırır. Onlar 1982-ci ildə bazara ilk portativ kompyuter olan Compass-ı çıxarır. 
 
 
Notbukların sələfi olan Compass ilk rentabelli ləptop idi. O, silindrli maqnit domenə təchiz olunmuşdu və həmin dövrlər üçün çox bahalı idi: 8,15 min dollar. Compass-ın ilk alıcısı ABŞ xüsusi təyinatlıları və xüsusi xidmət orqanları olub.
 
 
 
Belə portativ kompyuterlərdən biri də 1986-cı ilin yanvarın 28-də uçuşunun 73-cü saniyəsində partlayan Challenger-in göyərtəsində olub. Qəza 7 heyt üzvünün ömrünü yarımçıq qoysa da, Compass-ın hansısa möcüzə ilə zərər görmədiyi bildirilir.
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ