SON DƏQİQƏ

PressDent.Info

Facebook telefon nömrələrimizi başqalarına verir?

Facebook telefon nömrələrimizi başqalarına verir?
10-08-2016, 16:00 14703 dəfə baxılıb

“The Sun” qəzeti yazır ki, Facebook istifadəçilərin telefon nömrələrini onların razılığı olmadan üçüncü tərəfə verməkdə ittiham olunub.

İstifadəçilər öz telefon nömrələrinin profillərinə əlavə olunduğunu aşkar etdikdən sonra qəzəbləniblər.

Məqalədə deyilir ki, şəxsi xatirələri, foto və başqa materialları paylaşan sosial şəbəkə, habelə istifadəçilərin telefon nömrələrini də istəyir.

“The Sun” yazır ki, telefon nömrələrini Facebook-la bölüşməyən istifadəçilər də öz telefonlarının profillərinə əlavə edildiyini aşkar ediblər.

Bu onlarda Facebook-un bu nömrələri haradan aldığı barədə ciddi sual doğurub. İstifadəçilər hiddətlərini Twitter-də paylaşmaqda davam edirlər.

Ey Facebook!

Bir istifadəçi yazır: “Ey Facebook, sən mənim telefon nömrəmi hardan almısan? Mən nömrəmi sənə verməmişəm. Lənətə gələsən, mənim telefonumu heç kəsə vermə!”

Başqa bir istifadəçi isə bu işdə hətta Google-un barmağı olduğunu iddia edib.

Facebook bildirir ki, o telefon nömrələrini profillərə yalnız istifadəçilərin təsdiqindən sonra əlavə edir.

Amma indi bəlli olub ki, bu, təsdiqsiz də baş verə bilərmiş.

“The Sun” yazır ki, Facebook-un qaynar xəttindən verilən bəyanatda deyilir: “Biz sizdən öz nömrənizi əlavə etməyinizi istəyəndə, görürsünüz ki, nömrə avtomatik olaraq ekrana çıxır. Ola bilsin ki, nömrə sizin telefonunuzda və planşetinizdə olub. Ola da bilər ki, siz öz nömrənizi bizə keçmişlərdə versəniz də təsdiqləməmisiniz”.

Özünüz vermisiniz

Başqa sözlərlə, Facebook bildirib ki, istifadəçi nömrələrinin onda olmasında təəccüblü heç nə yoxdur.

Facebook deyir ki, nömrə sizin hesabınıza yalnız siz onu şəxsən təsdiq etdikdən sonra əlavə edilə bilər.

Facebook iddia edir ki, sizin nömrənizi onu verdiyiniz başqa mənbələrdən ala bilməz.

Lakin “The Sun” yazır ki, Facebook-un mobil aplikasiyası sizin telefon kontaktlarınıza “yeni dostun” əlavə edildiyini də bilir.

Məqalədə deyilir ki, təhlükə bununla bitmir. Bəzi fotoların paylaşılması sizin işdən qovulmanız, cinayət qurbanı olmanız və ya daha pis şeylərlə nəticələnə bilər.

Qəzet məsləhət görür ki, telefonunuzun arzuolunmaz reklamçılar tərəfindən bombardman edilməsini istəmirsinizsə, nömrənizi “public” etməyin.

“The Sun” yazır ki, növbəti dəfə Facebook-a daxil olanda hansı şəxsi məlumatlarınizi bütün dünya ilə bölüşməkdə olduğunuzu bir də yoxlayın.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ