SON DƏQİQƏ

PressDent.Info

"Ağıllı" qurğular mobil telefonları ötəcək

18-06-2016, 21:04 18966 dəfə baxılıb

Mütəxəssislər tərəfindən yaxın gələcək üçün proqnozlaşdırılan "Əşyalar interneti" konsepsiyasının çox sürətli inkişafı böyük sayda dəyişikliklərə səbəb olacaq. Məsələn, rabitə xidmətlərinin ödənilməsi sxemi kimi bəzi iqtisadi modellərə yenidən baxılacaq. Analitiklərin proqnozuna əsasən, 2021-ci ilədək "ağıllı" qurğuların satış həcmi mobil telefonları ötəcək və bu, onunla nəticələnəcək ki, "ağıllı" qurğuların internetə qoşulması abunəçilər deyil, müxtəlif xidmətlər tərəfindən ödəniləcək.
 
"İşləmə sxemi olduqca sadədir: mən internetə pulsuz çıxış əldə edirəm və pulsuz mobil rabitə üçün bonus təqdim edən mağazalardan alış-veriş edirəm" - "Telecom Daily" analitik agentliyinin direktoru Denis Kuskov deyib.
 
Kuskov bildirir ki, bəzi "ağıllı" qurğulara belə iqtisadi modelə uyğunlaşmaq bir qədər mürəkkəb olacaq, lakin onlar üçün, yəqin ki, müvafiq həllər tapılacaq. Analitik, həmçinin qeyd edib ki, "5G" rabitə şəbəkəsinin inkişafı, həmçinin innovativ proqram həllərinin yaradılması "Əşyalar interneti"nin inkişafını təmin edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ