SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda “Lada” istehsal olunacaq

Azərbaycanda “Lada” istehsal olunacaq
8-06-2016, 18:50 20010 dəfə baxılıb

Rusiyanın “AvtoVAZ” şirkəti İranın avtomobil istehsalçısı olan “Iran Khodro” şirkətinin Azərbaycandakı zavodlarının birində “Lada” modelinin 3 növünü istehsal edəcək.

2020-ci ilə qədər Rusiyanın “KamAZ”, QAZ və “AvtoVAZ” şirkətləri İranla irimiqyaslı ticarət qurmağı planlaşdırırlar. Artıq bununla bağlı “yol xəritəsi” hazırlanır.

Hər iki ölkənin aidiyyatı qurumları “yol xəritəsi”ni öz hökumətlərinə təqdim edib.

Rusiyanın Ticarət və Sənaye Nazirliyindən bildirilib ki, “AvtoVAZ” “İran Khodro”nun Azərbaycandakı zavodunda “Lada Granta”, “Lada Kalina”, “Lada Priora” modellərinin istehsalına başlayacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ