SON DƏQİQƏ

PressDent.Info

"WhatsApp”da yenilik - MƏTN FORMALARI DƏYİŞDİ

17-05-2016, 01:04 20793 dəfə baxılıb

Dünyanın ən məşhur mesajlaşma sistemi olan "WhatsApp"da istifadəçilərini sevindirəcək yenilik var.
 
Artıq daha fərqli mətn formaları ilə mesajlaşmaq mümkün olacaq. Mətndə qalın şrift, kursiv və üstündən xətt çəkmə kimi yeni funksiyalar artıq istifadəyə verilib.
 
Bu prosesi tətbiq etmək üçün sözün əvvəlində və sonunda müvafiq işarələri qoymaq kifayətdir. Belə ki, qalın şriftlə yazmaq üçün (*) işarəsindən, kursiv üçün (_), üstündən xətt çəkmək üçün isə (~) simvolunu sözün (və ya hərfin) əvvəlinə və sonunda qeyd etmək tələb olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ