SON DƏQİQƏ

PressDent.Info

“Bakcell”dən “Instagram”dan pulsuz istifadə imkanı

“Bakcell”dən “Instagram”dan pulsuz istifadə imkanı
14-05-2016, 16:13 32103 dəfə baxılıb

Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

Indi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.

“Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur  və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. ”Bakcell”in “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz”, – deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedca Hadziç bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ