SON DƏQİQƏ

PressDent.Info

Gələcəkdə benzini ağaclarda yetişdirmək mümkün olacaq

Gələcəkdə benzini ağaclarda yetişdirmək mümkün olacaq
15-04-2016, 18:40 18444 dəfə baxılıb

Alimlər hesab edirlər ki, bitkilərdən, daha dəqiq desək, yaşıl yosunlardan yanacaq hazırlamaq mümkündür.
 
Belə ki, Botryococcus braunii adlı yosunların tərkibinə yanacaq materialları istehsal etməyə imkan verən zülal daxildir. Bu bitkini benzin, ağ neft və dizel yanacaqlarının hazırlanmasında istifadə etmək olar. Botryococcus braunii yosunu suda istənilən temperaturda yetişir. Alimlərin üzləşdiyi yeganə problem isə yosunların alışqan maddələri məhdud miqdarda istehsal etməsidir.
 
Tədqiqatlar göstərdib ki, "likopaoktan sintaza" genini nəzarətdə saxlayan zülal karbohidrogenlərin yaranma səviyyəsini tənzimləyir. Bu geni istənilən bitkilərə tətbiq edərək, bioloji yanacağın hazırlanmasını əhəmiyyətli dərəcədə artırmaq olar.
 
Bu problemin həlli məqsədiylə tədqiqatçılar bitkinin məhsuldarlığını artırmaq üçün mexanizm axtarıblar. Nəticədə alimlər sözügedən bitkidən zülalın yaranmasına səbəb olan "likopaoktan sintaza" adlı geni ayıraraq, onu bütün bitkilərə tətbiq ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ