SON DƏQİQƏ

PressDent.Info

WhatsApp-dan möhtəşəm YENİLİK: Şifrələnmə sistemi işə salındı - FOTO

WhatsApp-dan möhtəşəm YENİLİK: Şifrələnmə sistemi işə salındı - FOTO
6-04-2016, 19:24 26970 dəfə baxılıb

WhatsApp mesenceri  öz istifadəçiləri üçün şifrələnmə sistemini işə salıb. Daha bütün  zənglər və yazışmalar dinləmə, yaxud üçüncü şəxs tərəfindən sındırıla bilinməyəcək. Verdiyi məlumata görə, bu barədə servisin yaradıcıları  Yan Kum və Brayan Ekton kompaniyanın bloqunda məlumat verib.
 
 
 
«İstifadəçilərin məlumatlarının təhlükəsizliyi və mesencerdə kommunikasiya  WhatsApp üçün həmişə ən ümdə məsələlərdən biri olub. Lakin bu gündən biz WhatsApp-ı  şəxsi yazışmaların qorunmasında  lider edəcək texniki işləmlərin başa çatdığını bəyan edirik», - deyə bildirilir.
 
 
Söhbət kommunikasiya ilə ötürülən səs, mətn, foto-video faylların və digər informasiyaların ancaq göndərən və alan şəxs tərəfindən oxunula bildiyi, üçüncü tərəfin isə – istər kibercinayətkarlar, hakerlər olsun, istərsə də hökumət orqanları olsun, hətta WhatsApp-ın özündə belə girişin mümkün olmamasından gedir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ