SON DƏQİQƏ

PressDent.Info

"iPhone"lar 100 dollar ucuz satılacaq

5-04-2016, 12:56 17922 dəfə baxılıb

Dünyanın ən böyük univermaqlar şəbəkəsinin sahibi - ABŞ-ın "Walmart" şirkəti "Apple" və "Samsung" smartfonlarının sonuncu modellərinə endirim kampaniyasına start verib.
 
Endirim kampaniyası martın 31-də satışa çıxarılan yeni "iPhone SE" modellərinə də şamil olunur.
 
Bu gündən etibarən "Apple" şirkətinin smartfonları, o cümlədən "iPhone 6s" və "iPhone 6s Plus" 100 dollar ucuz satılacaq. "Samsung" modelləri, o cümlədən Galaxy 6 və 7 modelləri 150 dollar ucuz satılır.
 
Endirim aksiyası iyuna kimi davam edəcək. Güzəştlər isə AT&T, "Verizon" və "Sprint" mobil operatorlarının müştərilərinə şamil olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ