SON DƏQİQƏ

PressDent.Info

Telefonun ekranını bölmək mümkün olacaq - FOTO

Telefonun ekranını bölmək mümkün olacaq - FOTO
15-03-2016, 14:15 18096 dəfə baxılıb

Android əməliyyat sisteminə ekranı ikiyə bölərək iki tətbiqi eyni zamanda istifadə etmək imkanı əlavə edilir.
 
Android N adlanan bu əməliyyat sisteminin ilk varianti test edilmək üçün mobil tətbiqlər hazırlayan şirkətlərə təqdim edilib.
 
Nəticələrdən asılı olaraq bu yeniliyin yayda tam istifadəyə veriləcəyi gözlənilir.
 
Google şirkətinin təqdim etdiyi ən son əməliyyat sistemi olan Android Marshmallow hazırda telefonların cəmi 3 faizində istifadə edilir.
 
Telefonların 36 faizi bundan əvvəlki Android Lollipop sistemində işləyir.
 
Lakin Samsung və LG kimi böyük istehsalçılar Marshmallow ilə işləyən yeni cihaz buraxmağa hazırlaşır.
 
Gözlənilir ki, ekranı bölmək funksiyası eyni anda tətbiqlər arasında məlumat paylaşmasını da asanlaşdıracaq.
 
Digər yeniliklərsə uzun ömürlü batareya və bəzi dizayn dəyişiklikləridir.
 
Android N-ə N hərfi ilə başlayan fındıqlı əzmənin adının verilməsi gözlənilir.
 
Telefonun ekranını bölmək mümkün olacaq

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ