SON DƏQİQƏ

PressDent.Info

Artıq WhatsApp-da da görüntülü danışmaq mümkün olacaq - VİDEO

Artıq WhatsApp-da da görüntülü danışmaq mümkün olacaq - VİDEO
4-03-2016, 16:26 22446 dəfə baxılıb

WhatsApp-da görüntülü danışmaq mümkün olacaq. «Booyah» adlı bu tətbiq sadə şəkildə WhatsApp siyahısındakı şəxslərlə  qarşılıqlı olaraq görüntülü danışmağa imkan verir.
 
"Booyah" necə işləyir?
 
Tətbiqi yüklədikdən sonra qarşınıza "Start Now" düyməsi çıxacaq. İlk olaraq üst qismində  yer alan "Add Friends to This Сhart", daha sonra "Share With" işarəsilə açılan WhatsApp düyməsinə toxunun. Danışmaq istədiyiniz şəxsi seçdikdən sonra ona link göndərəcəksiniz. Bu link, görüntülü söhbət üçün vacib bir detaldır. Əgər tətbiq qarşı  tərəfdə  yüklənməyibsə, dostunuz bu link vasitəsilə  birbaşa tətbiqin yükləmə əlaqəsinə yönləndiriləcək.
 

Görüntülü qrup söhbətinə 12 nəfərə qədər şəxsi əlavə etmək olur. Yeri gəlmişkən "Booyah" tətbiqi vasitəsilə təkcə WhatsApp-dakı dostlarınızla deyil, Snapchat, Instagram və Facebook Messenger kimi digər platformlardakı yoldaşlarınızla da söhbət edə bilərsiniz.
 
HD keyfiyyəti ilə görüntülü  söhbətə imkan verən "Booyah" həm iOS, həm də Android  platformasında  istifadə oluna bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ