SON DƏQİQƏ

PressDent.Info

Google-dan YENİLİK

Google-dan YENİLİK
28-02-2016, 21:15 17052 dəfə baxılıb

"Google"un proqramçıları "Google Docs" onlayn xidmətində yeni funksiya təqdim ediblər.
 
İndi istifadəçi səsin köməyi ilə həm mətni yığa, həm də onu redaktə edə bilər.
 
2015-ci ilin sentyabrında "Google Docs" xidmətində mətnin səslə daxil edilməsi funksiyası istifadəyə verilib. 6 ay sonra proqramçılar yeni funksiya təqdim ediblər: indi mətni səslə redaktə etmək mümkündür. Sözügedən funksiya hələ ki yalnız ingilis dilində əlçatandır. Komandaların siyahısı şirkətin bloqunda dərc edilib.
 
Səs komandalarının köməyi ilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəz etmək, köçürmək, mətni qalın etmək, hətta "smaylik" əlavə etmək olar. Ancaq bu imkan yalnız fərdi kompüterdən istifadə zamanı əlçatandır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ