SON DƏQİQƏ

PressDent.Info

Bu diski 13.8 milyard il saxlamaq olar - VİDEO

Bu diski 13.8 milyard il saxlamaq olar - VİDEO
17-02-2016, 23:48 26361 dəfə baxılıb

Çinli alimlər hər kəsin diqqətini çəkəcək və çoxlarının işinə yarayacaq bir ixtira ediblər.
 
Bu ixtira kvarsdan hazırlanmış yaddaş diskidir. Bu disk 360 terabayt yaddaş tutumuna və ən yüksək tempratur da belə məlumatları qorumaq qabiliyyətinə malikdir.
 
Alimlərin fikrincə, disk 13.8 milyard il istifadə müddətinə malikdir.  Bu disklərə artıq insan, dünya, bəşəriyyət haqqında ən lazımlı məlumatlar yazılıb və saxlanmağa başlanılıb. Araşdırmaçılar yeni optik cihaz vasitəsi ilə arxivlərdə, kitabxanalarda çox böyük həcmli məlumatların saxlamağın da mümkünlüyünə diqqət çəkib.
 
Disklərin çatışmayan cəhəti isə bir dəfə yazı və yaxud da məlumat daxil edildikdən sonra üzərinə təkrar hansısa məlumatın daxil edilə bilməməsidir. Digər bir məsələ isə məlumatların bu cür depolanmasının xərcidir. 
 
Lakin elm adamları düşünürlər ki, çalışmaları davam etdirməklə bu məsələni uğurla həll edə biləcəklər. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ