SON DƏQİQƏ

PressDent.Info

Azərbaycana gələn internet trafiki Rusiyanın nəzarətinə verilə bilər

Azərbaycana gələn internet trafiki Rusiyanın nəzarətinə verilə bilər
9-02-2016, 12:42 20358 dəfə baxılıb

Gürcüstanın strateji fibro-optik kanalı Rusiyanın əlinə keçə bilər. Bu barədə Gürcüstanın sabiq müdafiə naziri, «Azad Demokratlar» Partiyasının lideri İrakli Alasaniya fevralın 7-də "Rustavi 2" telekanalının efirində bildirib. 
 
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti strateji fibro-optik kanalı Rusiyaya satmaq üzərində işləyir. "Azad Demokratlar" Partiyasının lideri bunu «həyəcanlı» xəbər adlandırır. 
 
İrakli Alasaniya - Gürcüstanın sabiq müdafiə naziri
 
"Gürcüstanın Avropadan internet aldığı strateji fiber-optik kabelin satışı barədə danışıqlar aparır. İndiyə kimi o, gürcü şirkətinin əlində idi. Bizdə olan məlumata görə, kanalı Rusiyanın «VımpelKom» şirkəti ala bilər",- deyə Alasaniya vurğulayıb. 
 
Gürcü siyasətçi bunu ölkəsinin təhlükəsizliyi üçün ciddi məsələ sayıb və məsələnin milli tənzimləmə komissiyası tərəfindən araşdırılmasını tələb edib: «Çağdaş dünyada kiber hücumlar riski həddindən yüksəkdir və bu həddindən qorxulu xəbərdir». 
 
Burada söhbət Rusiyanın “Vimpelkom” telekommunikasiya şirkətinin törəməsi “Mobitel” tərəfindənGürcüstanın internet provayderi “Qafqaz Online”nin aktivlərinin alınmasından gedir. Bu məsələ yanvarın əvvəlində də gündəmə gəlmişdi və onda Gürcüstanın Milli Rabitə Komissiyası sədri Vaxtanq Abaşidze onda bildirmişdi ki, bu satış razılaşması "Qafqaz Online" şirkətinə məxsus magistral şəbəkələrə, o cümlədən Avropadan Gürcüstana intenet ötürən kabellərə aid deyil: “Avropadan Qara dənizin dibi ilə çəkilən kabel Gürcüstanla yanaşı Azərbaycanı və Ermənistanı internetlə təmin edir. Bu ötürücünü hazırki şərtlər daxilində satmaq olmaz və kabel "Qafqaz Online”nin mülkiyyətində qalacaq". 
 
"Qafqaz Online" şirkətinin internet ötürdüyü dövlətlər
 
Abaşidze haqqında bəha edilən Poti - Varna kabelinin satılmayacağını vurğulamışdı. “Qafqaz Online” şirkəti Azərbaycan, Gürcüstan və Ermənistana internet ötürən 1200 km uzunluğunda kabelə nəzarət edir. Kabel Qara dənizin dibi ilə 2008-ci ildə "Qafqaz Online" şirkəti tərəfindən çəkilib. Bu kabel vasitəsilə Ermənistan 85%, Azərbaycan 50%, Gürcüstan 55% internetlə təmin edilir. 
 
Beləliklə, İrakli Alasaniya təhlükənin hələ sovuşmadığını bildirir. “Cyber Security Academy”nin təhlükəsizlik departamentinin direktoru, internetdə təhlükəsizlik üzrə mütəxəssis Elxan Sadıqlı ANS PRESS-ə müsahibəsində İrakli Alasaniyanın bu həyəcanını əsaslı sayır: "Hər halda, kanala nəzarət Rusiyanın əlinə keçəcəksə, Gürcüstan daxili trafiki təhlükəsizlik məqsəd ilə istfadə edə bilər". 
 
 
Elxan Sadıqlı - “Cyber Security Academy”nin təhlükəsizlik departamentinin direktoru
 
Lakin Elxan Sadıqlı Rusiyanın beynəlxalq kanallar üzərində nəzarət sistemi qurmağa risk etməyəcəyini bildirir: “İstənilən halda, bu, ciddi beynəlxalq qalmaqala səbəb ola bilər və Rusiyanı etibardan sala bilər. İndiki zamanda belə əməliyyatları gizlətmək mümkün deyil. Buna görə də Moskva belə riskə heç zaman getməz”. 
 
Amma bununla belə, Azərbaycan mütləq diqqətli olmalıdır və bu məsələni nəzarətdən çıxarmamalıdır. Rusiya şirkətinin Azərbaycanla bağlı əldə etdiyi məlumatları İrəvana ötürməyəjəyinə heç kim zəmanət verə bilməz. Hər halda, dünyanın ən güjlü kəşfiyyat xidmətlərindən birinin sahibi olan Rusiyanın şirkətinin nələrə qadir olması məsələsində risk etmək olmaz. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ