SON DƏQİQƏ

PressDent.Info

Google kompaniyası loqosunu dəyişdi - VİDEO

Google kompaniyası loqosunu dəyişdi - VİDEO
2-09-2015, 15:28 27956 dəfə baxılıb

Google kompaniyası  öz loqotiplərinin yeni versiyasını təqdim edib. Loqotipdə əvvəlki kimi  kompaniyanın  adı 6 rəngbərəng hərfdən ibarətdir, ancaq yeni şrift mobil qurğular üçün optimallaşdırılıb 
 
“Loqotip daha incə və sadə olub. O  mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə  KTLA telekanalı qeyd edib.
 
Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha “sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib.   
 
Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib.  Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib. 
 
Google-nin yeni loqotipin prezentasiyasına həsr olunmuş 2 dəqiqəlik rolik  YouTube-də dərc olunub. FaktXəbər olaraq həmin roliki təqdim edirik

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ