SON DƏQİQƏ

PressDent.Info

Hökumət ermənilərə necə xidmət göstərir?

Hökumət ermənilərə necə xidmət göstərir?
9-10-2017, 15:21 9744 dəfə baxılıb

Rəsulzadənin adını tarixdən silmək istəyənlər düşmənin adını tarixə həkk etməkləməşğuldur

Uzun illərdi Azərbaycan hakimiyyəti rəqiblərini “erməni” arqumentiylə ləkələməyə çalışır. İstər ölkə daxilində, istərsə də ölkəxaricində hökumətin ünvanına tənqid səsləndirənlər avtomatik olaraq “ermənipərəst” adı alır. Amma realllıq bundan ibarətdir ki, bütün situasiyalarda ermənipərəst addımlar hökumətə məxsus olur. Ermənipərəst ölkələrdə xeyriyyətədbirləri həyata keçirən, erməniyəatalıq edənlərdən “dostluq” ordeni alan, ermənilərin xahişi ilə zəfərə doğru yürüyən ordunu durduran, erməni hüquqşünaslarını Bakıda sevimli qonaq kimi qarşılayan məhz YAP hakimiyyətidir.

Amma hökumətimizin ermənilərə jesti bununla da məhdudlaşmayıb. Bugünlərdəməlum oldu ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan dərslikdə təsvir kimi verilən xəritədə  Azərbaycan ərazisi tarixi Ermənistan kimi qeyd edilib. Təbii ki, bu mövzu geniş müzakirə mövzusuna çevrildi və hökumət müəyyən açıqlamalar verməyəməcbur oldu. Amma bu açıqlamaların ana xətti bu oldu ki, dərslikdə səhvlik olub. Bəli, bütün prinsipial, dövlətin maraqlarını ifadə edən məsələlərdə hökumətimiz həmişəsəhv edir. Nə hikmətdirsə, bütün səhvlər də düşmənin aktivinə xal yazmağa xidmət edir. Rəsulzadələrin, Elçibəylərin adını ciddi cəhdlə tarixdən silmək istəyənlər, dərsliklərdə düşmənin adını tarixiləşdirməklə məşğuldular. Necə olur ki, hökumətin maraqlarına toxunan xırda məqam gözdən qaçmır, amma dövlətin maraqlarına zidd olan böyük məqamlar gözardı edilir?

Nəticə bundan ibarətdir ki, analoqsuz hökumət daha bir analoqsuzluğa imza atıb və bu imza düşmənə xidmət kimi də qəbul edilə bilər. Çox güman ki, düşmən  hökumətin bu “pas”ını,  qapımıza qol vurmaq üçün fürsətə çevirəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ