SON DƏQİQƏ

PressDent.Info

Avropada ali məktəb təhsil vermək, bizdə pul yığmaq üçündür

Avropada ali məktəb təhsil vermək, bizdə pul yığmaq üçündür
14-08-2017, 19:13 5220 dəfə baxılıb

Avropanın hansı ölkəsində təhsil almaq daha sərfəlidir? Bu ölkələrdən hansı əcnəbi tələbələrə pulsuz təhsil və təqaüd verir? Bu yazıda xaricdə təhsil arzusunda olanları maraqlandıran suallara cavab tapmağa çalışacağıq.

İsveç

İsveç dünyanın ən gözəl və ən zəngin ölkələrindən biridir. Üstəlik bu ölkədə çox yaxşı təhsil imkanları da var. Ölkənin 95 universitetində ingilis dilini tədris edən 900 kurs fəaliyyət göstərir. 2010-cu ilə qədər əcnəbilər İsveçdə pulsuz təhsil ala bilirdilər. Lakin bu tarixdən sonra Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşları üçün təhsil ödənişli oldu.

İsveçdə tələbəyə həm də çox yaxşı təqaüd verilir. Məsələn, bu ölkədə Lund University, Halmstad University, Uppsala University, Stockholm University, Stockholm School of Economics, Jonkoping University kimi, tələbələrə tam və hissəli təqaüd verən ali məktəblər var.

Uppsala University İsveçin qədim universitetlərindəndir və əsası 1477-ci ildə qoyulub. Bu ali məktəb Şimali Avropanın ən yaxşı ali məktəblərindən hesab olunur. Bu təhsil ocağına əcnəbi tələbələr tərəfindən böyük tələbat var.

Almaniya

Almaniyada 2014-cü ilin oktyabrından bakalavr dərəcəsi üzrə proqramların öyrənilməsi həm yerli, həm əcnəbilər üçün pulsuzdur. Bəzi dövlət universitetlərində isə semestrə görə 50-100 avro ödəniş tələb olunur.

Bu ölkədə ingilis dilində tədris edilən 900 kurs var. Kurslar mühəndislikdən tutmuş, sosial elmlərə qədər müxtəlif sahələri əhatə edir. Almaniya təhsil almaq üçün bura gələn əcnəbi tələbələri olduqca xoş qarşılayır. O cümlədən də yerli şirkətlərdə işləmək üçün gələn gənc mütəxəssisləri.

Finlandiya

Finlandiya əcnəbi tələbələr üçün pulsuz təhsil imkanları yaradır. Burada həm də ingilis dilində çoxsaylı kurslar var. Lakin bu ölkəyə təhsil üçün gələn tələbələr öz gündəlik xərclərini (qalmaq, yemək və s.) özləri təmin etməlidilər. Bu xərclər də ay ərzində təxminən 500-800 avrodur.

Norveç

Ölkənin bütün dövlət universitetlərində və kolleclərində (həm bakalavr, həm magistr pilləsində) təhsil həm yerli, həm də əcnəbilər üçün pulsuzdur. Lakin ödənişli kollec və ali məktəblər də var. Xüsusən magistr pilləsi üzrə. Lakin bu məktəblərdə də təhsil haqqı başqa ölkələrlə müqayisədə daha azdır.

Kurslar əsasən ingilis dilindədir. Və təhsil sistemi də ABŞ-la təxminən eynidir. Təhsildən fərqli olaraq Noveçdə yaşam olduqca bahadır.

Sloveniya

Sloveniya təhsil üçün ən əlverişli ölkələrdən biridir. Burada siz Aralıq dənizinin sahillərində və Alp dağları ərazisində oxuya bilərsiz. İtaliya və Xorvatiya ilə sərhədəri olan bu ölkə Avropanın turistik yerlərindən hesab olunur. Burada bakalavr səviyyəsində pulsuz təhsil almaq mümkündür. Eyni zamanda tələbələr üçün kafe və restoranlarda, ictimai nəqliyyatda güzəştlər nəzərdə tutulur.
Şengen zonasına aid olan Sloveniyada bu səbəbdən son illər əcnəbi tələbələrin də sayı artıb. Ölkə tələbələr üçün ingilis dilində 150 kurs təklif edir.

İslandiya

İslandiyada əcnəbi tələbələr pulsuz ali təhsil ala bilərlər. Ölkə üzrə 7 universitetə var ki, bunlardan 4-ü dövlət ali təhsil müəssisəsidir. Dövlət universitetlərində təhsil pulsuzdur. Bu universtetlərdə oxumaq üçün yalnız qeydiyyat pulu ödəmək lazımdır – 100-250 avro.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ