SON DƏQİQƏ

PressDent.Info

Repetitorlar kölgəyə çəkilir

Repetitorlar kölgəyə çəkilir
10-07-2017, 20:35 8874 dəfə baxılıb

Bu gün Azərbaycanda repetitorluq təhsil bazarının vacib elementidir və pul ifadəsində həcmi bəzi nazirlik və komitələrin büdcəsinə ekvivalentdir. Reklam qəzetləri yenidən məktəbə və universitetlərə hazırlıqla bağlı elanlarla dolub.

Dövlət İmtahan Mərkəzinin ənənəvi olaraq abituriyentlər arasında keçirdiyi sorğu da onun miqyasını sübut edir. Nəticə sarsıdıcıdır – məzunların 90%-i ali məktəblərə repetitorlar hazırlayıb. Hər il universitetlərə 80-85 min sənəd verildiyini, onların hər brinin dörd fənn üzrə hazırlaşdığını nəzərə alsaq (hər fənnə görə 50-100 manat verilir) bu biznes sektorunda dövriyyəni hesablamaq çətin deyil.

Bu yaxınlara qədər repetitorluq barədə ötəri danışılırdı. Hər halda hakimiyyət cəmiyyətdə təhsilin keyfiyyəti barədə narazılıq dalğası yaranmasını istəmirdi. Amma böhran ölkə iqtisadiyyatını nokdaun vəziyyətinə saldı və onu doldurmaq üçün əlavə mənbələr axtarışı başlandı – ofşor şirkətləri ilə əməliyyatlar vergiyə cəlb edildi, iri sahibkarların aylıq nağd hesablaşmasına 30 min manata qədər məhdudiyyət qoyuldu və s. Vergi əməkdaşları repetitorlarla da ciddi məşğul olmağı qərara aldırlar, onlara fərdi sahibkar kimi qeydiyyata alınmaq, bankda hesab açıb vergi ödəmək təklif edildi. Eyni zamanda, vergi əməkdaşları reklam qəzetləri vasitəsilə repetitorluq xidməti göstərən şəxsləri və firmaları aşkarlamağa başladılar.

Amma bu şəxsləri vergiyə cəlb etmək çox çətin məsələdir.

Vergilər Nazirliyinin mətbuat xidmətində Turan-a bildirdilər ki, sadələşdirilmiş vergi sistemində Bakıda yaşayan repetitor gəlirlərinin 4%, regionda yaşayanlar 2%-i qədər vergi ödəməlidir. Adamların sayından asılı olaraq, əgər ƏDV ödəyicisidirsə, bu vergidən başqa 18% ƏDV də ödənməlidir. Vergi xidməti bu bazarda vəziyyətə nəzarət edir.

Adının çəkilməməsini istəyən müsahibimiz vergi və ƏDV ödəyən repetitorların sayını deməkdə çətinlik çəkdi, etiraf etdi ki, repetitor, dayə, xəstə baxıcısı və özəl sürücülərin “ovu” heç bir nəticə verməyib.

İqtisadçı Azər Mehdiyev bildirir ki, gizli təhsil və ya repetitorluğun həqiqi miqyası və maliyyə axını barədə dəqiq fikir demək çətindir. Axı fərdi şəkildə təkcə yuxarı siniflər yox, orta və aşağı siniflərin şagirdləri də məşğul olur. Magistratura və dövlət qulluğuna hazırlaşan gənclər də repetitorlara müraciət edir.

Ekspert rəyinə görə, repetitorluqdan gəliri ildə 1,5 mln manata yaxındır.

Etiraf etmək lazımdır ki, repetitorların çoxu vergi ödəmir, ona görə diqqəti cəlb etməməyə çalışır. İndiki halda “gizli biznes”ə əsas olanın çərçivəsindən kənarda olub, onu tamamlayan kimi baxmaq lazımdır. Bir sıra qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda hakimiyyət əsas təhsilə çox diqqət yetirir və gizli ilə maraqlanmır.

“Sahə nazirliyi bu mövzunu müzakirə etmək istəmir, sanki o, yoxdur. Hakimiyyət bəyan edir ki, bizdə məktəb təhsili pulsuzdur. Təhsil sisteminin mödernləşdirilməsi üzrə dövlət proqramlarında və təhsil naziri Mikail Cabbarovun çıxışlarında bunu görmək olar. Amma künc-bucaqda baş verənlər əslində təhsil xidməti istehlakçılarının böyük maliyyə xərcləri ilə bağlıdır. Daha bir mənfi məqam sosial qeyri-bərabərliyin güclənməsi ilə bağlıdır: repetitor tuta bilənlər təhsildə daha yaxşı nəticələr əldə edə bilir”, – deyə Mehdiyev qeyd edir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ