SON DƏQİQƏ

PressDent.Info

Tələbələr ayağa qalxdı – Rektorun əmrinə qarşı VİDEO

Tələbələr ayağa qalxdı – Rektorun əmrinə qarşı VİDEO
30-05-2017, 18:17 12006 dəfə baxılıb

Hazırda Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir.

Tələbələr 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsinə və sualların çox olmasına etiraz edirlər.

Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: “Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lər əsassızdır. Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

“Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ