SON DƏQİQƏ

PressDent.Info

Dövlət İmtahan Mərkəzi bu il imtahanlardan 15 milyona yaxın gəlir götürəcək

Dövlət İmtahan Mərkəzi bu il imtahanlardan 15 milyona yaxın gəlir götürəcək
9-03-2017, 16:54 9048 dəfə baxılıb

Cəmiyyət abituriyentin “cibinə girən” qərardan narazıdır

Tarif Şurasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlər barədəki məlumatları cəmiyyətdə birmənalı qarşılanmayıb. Qeyd edək ki, narazı kəsim razılardan çoxdur. Çünki adi hesablamayla, 20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn, 40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn, 50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn, 60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn,100 manat olan imtahan qiyməti ƏDV ilə 118 manat edir. Cəmiyyət imtahanlardan gəlir əldə etməyin heç də müsbət addım olmadığı qənaətindədir.
Dövlət İmtahan Mərkəzi isə heç də gəlirlərini gizlətmək niyyətində deyil. Belə ki, yeni elan olunmuş qiymətlərə əsasən,
keçən il imtahanlarda iştirak edən tələbələrin sayı əsasında bu il keçiriləcək imtahanlardan əldə ediləcək məbləğ araşdırılıb.
Keçən il orta-ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edənlərin sayı 9 illikdə 25 min nəfər olub. 11 illikdən orta ixtisas məktəblərinə imtahan verənlərin sayı 50 324, ali təhsil müəssisələrinə imtahan verənlərin sayı 82 866, magistr pilləsinə qəbul olmaq istəyən bakalavrların sayı 24 558, rezidenturaya qəbul olmaq üçün sənəd təqdim edən şəxslərin sayı 1 500 nəfər olub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahan verənlərinin sayı 7 909 olub. Xüsusi qabiliyyət tələb edən ixtisaslara 35 000 abituriyent imtahan verib.
Beləliklə, indi açıqlanan imtahan qiymətləri ilə ötən il imtahan verən abituriyentlərin sayını hesablayıb müvafiq vurma və toplama əməli nəticəsində məlum olur ki, Dövlət İmtahan Mərkəzi bu il təxminən 11 milyon 467 min 369 manat vəsait qazanmış olacaq. Bundan başqa, magistr və rezidenturanın ikinci mərhələlərinidə iştirak edəcək abituriyentlərin sayını nəzərə alsaq, gəlirin 15 milyona yaxın olacağı bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ