SON DƏQİQƏ

PressDent.Info

Bakıda yeni universitetin işə başlayacağı tarix bəlli olub

Bakıda yeni universitetin işə başlayacağı tarix bəlli olub
14-11-2016, 17:43 19575 dəfə baxılıb

Bakı Mühəndislik Universiteti 2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq. Bunu bu gün jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.
 
Nazirin sözlərinə görə, hazırda universitetin harada yerləşəcəyi məsələsi müzakirə edilir:
 
“Bütün ali təhsil müəssisələrinin yaradılması zamanı olduğu kimi, burada da maddi-texniki baza təmin olunacaq. Sonra müəssisəyə rəhbərlik təyin olunacaq. Bundan sonra isə tədris planı təsdiq olunacaq. Qarşımızda dayanan məqsəd bu universitetin 2017/2018-ci tədris ilində fəaliyyətə başlamasını təmin etməkdir. Yəni, tələbə qəbulu həmin dövrdə başlayacaq”.
 
Qeyd edək ki, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Sərəncamda deyilir ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb. Azərbaycanda mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ