SON DƏQİQƏ

PressDent.Info

Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı

Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı
14-11-2016, 17:42 28188 dəfə baxılıb

Pensiya yaşına çatmış və ya pensiyaya çıxmış müəllimlərin böyük təcrübəsi Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır.
 
Trend-in məlumatına görə, bu sözləri bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
 
Nazirin sözlərinə görə, bu müəllimlərin potensialının istifadəsi müvafiq qanunvericiliklə nizamlanır:
 
“Bütün müəllimlərin bilik və təcrübələri Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır. Biz bir tərəfdən çalışırıq ki, gənc müəllimlər təhsil sisteminə daxil edilsin və bu yolla təhsil sistemi daha da müasirləşdirilsin. Digər tərəfdən isə, təcrübəli kadrların biliklərinin istifadə olunması da bizim üçün prioritet təşkil edir.”
 
Təhsil Nazirliyinə sorğu göndərmişdi. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini-sektor müdiri Eşqi Bağırovun bunula bağlı cavabını olduğu kimi Sizlərə çatdırırıq: 
 
"Bildiririk ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.
 
Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ