SON DƏQİQƏ

PressDent.Info

Peşə təhsil məktəblərinin müəllimləri qiymətləndiriləcək

Peşə təhsil məktəblərinin müəllimləri qiymətləndiriləcək
19-10-2016, 19:51 23142 dəfə baxılıb

“Yaxın vaxtlarda peşə təhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq”.
 
Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.
 
 
O bildirib ki, ixtisasa uyğun, səriştəsi olan müəllimlər işdən kənarlaşdırılmayacaq.
 
Direktorun sözlərinə görə, Bakı və Gəncədə fəaliyyət göstərən peşə təhsil mərkəzlərində çalışan müəllimlərin 52 faizinin yaşı 55-dən yuxarıdır.
 
Ölkədə peşə təhsili və təlimi sektorunun inkişafı ilə bağlı strateji planın hazırlandığını bildirən F. Mustafayev qeyd edib ki, peşə təhsil məktəblərində oxuyanlara təqaüdlərin dayandırılması gündəmdə deyil.
 
Direktor onu da qeyd edib ki, böyük şəhərlərdə inşa ediləcək peşə təhsil mərkəzlərin yataqxanaları olacaq: “6 və 9 saylı peşə təhsil məktəbləri birləşdirilir, bunların əvəzində Koreya dövlətinin ayırdığı vəsait hesabına Sənaye və İnnovasiyalar üzrə peşə təhsil mərkəzi yaradılacaq. Bu mərkəzin də həm qızlar, həm də oğlanlar üçün ayrıca şəraiti olan yataqxanalar olacaq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ