SON DƏQİQƏ

PressDent.Info

3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub

3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub
20-09-2016, 19:01 13920 dəfə baxılıb

Yeni tədris ilindən 5 şəhər və  36 rayonun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunub. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir.
 
Təhsil Nazirliyindən  verilən məlumata görə,  tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub.
 
İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ