SON DƏQİQƏ

PressDent.Info

Əlil uşaqların təhsil alması üçün xüsusi bağçalar yaradılacaq

Əlil uşaqların təhsil alması üçün xüsusi bağçalar yaradılacaq
8-09-2016, 23:48 34104 dəfə baxılıb

Azərbaycanda fiziki qüsurlu uşaqların təhsil alması üçün xüsusi bağçalar yaradılacaq. 
 
Bunu Milli Məclisin Elm Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, hazırda məktəbəqədər təhsil müəssisələrinin ən müxtəlif formaları öyrənilir: “Bunların içində dövlət məktəbəqədər təhsil müəssisələri, bələdiyyə məktəbəqədər təhsil müəssisələri, özəl təhsil müəssisələri, xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələri də var. Dünya praktikasında müxtəlif cəhətdən fiziki qüsurlular üçün də bağçaların olması ənənəsi var. Hətta dünyanın bir çox ölkəsinin qanunvericilik sənədlərində bu, əksini tapıb. Bizim hazırlama prosesində olan məktəbəqədər təhsil haqqında qanun layihəsində də fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına dair müddəalar yer alacaq”. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ