SON DƏQİQƏ

PressDent.Info

Məktəbli forması üçün növbə var: Qiymətlər artacaqmı?

Məktəbli forması üçün növbə var: Qiymətlər artacaqmı?
4-09-2016, 14:40 17313 dəfə baxılıb

Dərs ilinin başlanmasına sayılı günlər qalmış valideynlər övladlarına məktəbli forması alırlar. Bu isə növbələrə və insanlar arasında təlaşa səbəb olur.
 
Bakı Tikiş Evinin şatış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, son günlər onlara müraciət edənlərin sayı çoxalıb və nəticədə uzun növbələr yaranıb. 
 
"Hamı işini son günlərə saxlayır. Buradakı vəziyyəti gəlib görsəniz, növbə və insanların məktəbli formasını tez alıb getməsi üçün canfəşanlığını müşahidə edərsiniz. Heç kim filiallara getmir. Valideynlər mərkəzi ofisə gəlirlər, elə bilirlər ki, burada fərqli material olur". 
 
E.Əzimovun sözlərinə görə, qiymət artımının olmasına baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə satışlarda azalma olmayıb, təxminən eynidir. 
 
"7 faiz qiymət artımı olub. Bu, elə də böyük fərq deyil. Biz eyni zamanda bu il Şəhid Ailələrinə İctimai Dəstək Birliyinə 20 dəst, Nəsimi Rayon İcra Hakimiyyətinə 100 dəst, Valideyn-Müəllim Assosiasiyasına isə 60 dəst pulsuz forma vermişik. Əlimizdən gələni edirik. Bizim heç bir gəlirimiz yoxdur. Gərək qiyməti minimum 40 faiz qaldırardıq ki, qazanc əldə edək".
 
E.Əzimov dərs ilinin sonuna qədər qiymətlərin dəyişməyəcəyini vurğulayıb.
 
Qeyd edək ki, manatın məzənnəsi dəyişmədən əvvəl 34 manata olan ibtidai sinif şagirdləri üçün forma hazırda 37 manata, 43 manata olan yuxarı siniflər üçün forma hazırda 46 manata satılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ