SON DƏQİQƏ

PressDent.Info

Dərslər nə vaxt başlayır – 15-i ya 19-u?

Dərslər nə vaxt başlayır – 15-i ya 19-u?
30-08-2016, 13:46 25839 dəfə baxılıb

Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.
Məlumatda o da qeyd olunub ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 12-si və 13-ü qeyri-iş günləridir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ