SON DƏQİQƏ

PressDent.Info

İmtahan stressini azaltmağın yolları

İmtahan stressini azaltmağın yolları
17-05-2016, 00:48 52026 dəfə baxılıb

İmtahan stressini azaldacaq 5 qızıl təklif
 
1. Sosial mediadan uzaq durun
 
İmtahandan bir gün əvvəl telefonlarınızdan daha az istifadə etməklə, sosial mediadan qətiyyətlə uzaq qalın. Telefon və sosial media gənclərin bir-birlərini həyəcandırma və qayğılandırma baxımından mənfi istiqamətdə təsir etməsinə səbəb ola bilir. Çox narahat bir yoldaşıyla danışan ya da mesajlaşan bir gəncin qayğısı arta bilir. Yenə sosial mediada bəzən səhv, spekulyativ məlumatlar ola bilər ki, bunlar da mənəvi baxımından mənfi təsirlər yarada bilir. Telefon, planşet kimi vasitələr yaydıqları işıq ilə gözləri də həddindən çox yorur. Yorulan gözlərdə imtahan vaxtı sulanma, görmə  ya da uzun paraqrafları təqib edə bilməmə kimi problemlərə səbəb ola bilir.
 
2. Mesajlaşarkən yuxunuzdan olmayın
 
 Yuxu insanın enerji ehtiyacı ilə təmin olunması, sinir sisteminin düzgün işləməsi və öyrənilən məlumatların qalıcı olmasını təmin edir. Gec saatlara qədər yatmamaq və səhə oyana bilməməmək maddələr mübadiləsini zəiflətməklə bərabər diqqət problemlərinə də səbəb olur. Gənclərin bir-birləri ilə mesajlaşmaları ya da danışmaları, yuxu nizamlarını pozur. İmtahandan əvvəlki gecə çox gec yatmamaq vacibdir. Səhər nəqliyyatı da nəzərə alaraq bir az daha tez qalxdığınız üçün yuxunuzu tam almağa diqqət edin.
 
3. Yeyməyinizə diqqət edin 
 
Yüksək nəticə tələb edən hər cür imtahanda, qidalanma həqiqətən əhəmiyyətli bir yer tutur. Düzgün qidalanmanın zehni və fiziki performansa müsbət təsirləri var. Omega ilə bol olan qoz, balıq kimi qidalara üstünlük vermək diqqət və müvazinət üzərində müsbət təsirlər yaradır. İmtahandan bir gün əvvəl ağır yeməklər yeməmək, hər zamanki qidalanma vərdişinin xaricinə çıxmamaq çox əhəmiyyətlidir. Xüsusilə imtahandan bir gün qalmış daha əvvəl yemədiyin bir qida maddəsi istehlak etməyin.
 
4. Ya həmişə ya heç vaxt deyə düşünməyin
 
 Həyat qara və ağdan daha çox boz rəngdə olduğundan “ya həmişə ya heç vaxt” deyə düşünmək adamın müvəffəqiyyətini baltalaya bilən faktorlardan biridir. Tələbənin özünü tanıması, öz tutumunu və potensialını real qiymətləndirməsi, son dərəcə mühümdür. Ancaq bunun qədər əhəmiyyətli olan digər bir məqam da ailənin uşağını yaxşı tanıması, açıq və ya gizli təzyiq etmək əvəzinə vəziyyəti real qiymətləndirərək uşağına dəstək olmasıdır. Uşağınıza bu günə qədər  “imtahana kifayət qədər hazırlaşmırsan” demiş ya da təzyiq etmiş ola bilərsiniz amma, imtahan əvvəli artıq onu nə qədər çox sevdiyinizi deməyin tam vaxtıdır. Ona müvəffəqiyyətlidə olsa müvəffəqiyyətsizdə olsa hər zaman onun yanıdada olacağına və hayatınız boyunca onu sevəcəyinizi hiss etdirin.
 
5. İmtahan hər şey demək deyil
 
 “İmtahanlar əhəmiyyətlidir ancaq həyatdakı xoşbəxtliyin və müvəffəqiyyətin tək göstəricisi deyil. “Bu universitetə girməliyəm”, “filan balı yığmalıyam” kimi düşüncələr ilə ailəni məyus  etmək qorxusu da imtahan stresini artırır. Artıq bu son saatlar zehininizin istirahəti və gözəl şeylər düşünmə zamanıdır! Unutmayın əsl müvəffəqiyyət “Sevdiyiniz bir işi görüb xoşbəxt və firavan hiss etməkdir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ