SON DƏQİQƏ

PressDent.Info

Orta məktəblərdə məktəbə hazırlıq PULSUZ olacaq

Orta məktəblərdə məktəbə hazırlıq PULSUZ olacaq
15-04-2016, 18:25 53505 dəfə baxılıb


"Birinci siniflərdə ev tapşırıqlarının verilməsi düzgün deyil"

 
"Təhsil sistemində çox ciddi təhlillər aparılıb. Hazırkı təhsil proqramında meydana çıxan mənfi hallar əzbərçilik meylləri ilə baǧlı olub".
 
Bunu Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
 
Onun sözlərinə görə, əzbərçilik meylləri hazırkı təhsil proqramının çatışmayan cəhətidir: "Kurikulumun tətbiqi ilə bu problemin aradan qalxacağı gözlənilir. Düşüncə, təfəkkür kurikulumun əsasını təşkil edir".
 
A. Əhmədov deyib ki, ibtidai siniflərdə ev tapşırıqlarının verilməsində diqqətli olmaq lazımdır:  "Ümumiyyətlə, birinci siniflərdə ev tapşırıqlarının verilməsi düzgün deyil".
 

 

Şöbə müdiri əlavə edib ki, məktəblərdə dövlət hesabına məktəbə hazırlığın təşkili gözlənilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ