SON DƏQİQƏ

PressDent.Info

TQDK 7-ci və 8-ci siniflərdə imtahan keçirib

TQDK 7-ci və 8-ci siniflərdə imtahan keçirib
6-04-2016, 19:07 49329 dəfə baxılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 4 və 5 aprel tarixlərində respublikanın 39 şəhər və rayonunun orta ümumtəhsil məktəblərinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib.
 
TQDK-dan verilən məlumata görə, imtahanlar Naxçıvan, Gəncə, Samux, Qazax, Gədəbəy, Xızı, Şamaxı, Mingəçevir, Goranboy, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Bərdə, Ağcabədi, Tərtər, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Masallı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Babək, Ordubad, Culfa, Şərur  orta ümumtəhsil məktəblərinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlər üçün keçirilib.
 
Regionlarda keçirilmiş imtahan 7-ci sinif Ana dili fənnindən 123, riyaziyyat fənnindən 113, 8-ci sinif  Ana dili fənnindən 160, riyaziyyat fənnindən isə 151 orta ümumtəhsil müəssisəsində aparılıb.
 
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərində 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı 7 və 8 aprel tarixlərində keçiriləcək. 11-ci sinifdə təhsil alanlar üçün isə 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində, 18 və 19 aprel tarixlərində regionlarda monitorinq imtahanları təşkil olunacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ