SON DƏQİQƏ

PressDent.Info

Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO

Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO
24-02-2016, 17:47 38454 dəfə baxılıb

Şəki şəhərində 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir. 
 
Bu barədə Şəki şəhər sakini, Musavat partiyasının Divan üzvü İkram İsrafil məlumat verib. Bildirib ki, həmin təhsil müəssisələrinin hər an uçma ehtimalı var: "Mən Şəkinin təkcə 5 orta məktəbində oldum. Bolludərə, Qırxbulaq, Sarıca kəndləri də daxil olmaqla ümumilikdə Şəkidə 30-a yaxın qəzalı vəziyyətdə olan məktəb var. Məncə, Təhsil Nazirliyi bu barədə düşünməlidir. Bu məktəblərin hər biri 1940-cı illərdə tikilib. Həmin vaxtdan bu günə kimi həmin məktəblərin heç birində təmir və bərpa işləri aparılmayıb". 
 
İ.İsrafil M.Cabbarovu tənqid edib: "Uzun illərdir ki, Azərbaycan ailələrinin ümid yeri test üsülü ilə övladlarının universitetlərə qəbul olunaraq ali təhsil almalarıdır. Amma Mikayıl Cabbarov qəzalı vəziyyətdə olan məktəblərin taleyi ilə maraqlanmaqdansa, test üsulu ilə ali məktəblərə qəbulun qarşısını almaq haqqında fikirləşir. Ona görə də belə məktəblərdə təhsil alan şagirdlərin, onlara dərs verən müəllimlərin sağlamlığı və təhsilin keyfiyyəti aidiyyəti qurum üçün maraqlı deyil".
 
Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO
 
Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO
 
Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO
 
Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO
 
Şəkidə 30-a yaxın orta məktəb qəzalı vəziyyətdədir - FOTO

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ