SON DƏQİQƏ

PressDent.Info

"Dərs buraxmağa görə cərimələnənlər yoxdur" - Nazirlik

9-02-2016, 12:23 23577 dəfə baxılıb

Hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb.
 
Bu barədə Təhsil Nazirliyi Lent.az-ın sorğusuna cavab olaraq bildirib.
 
Nazirliyin məlumatına görə, bir ay ərzində 7 gündən çox dərs buraxılmasına görə inzibati cəzanın tətbiqinə hələ başlanmayıb. Belə ki, dövlət başçısının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə” fərmanının 1.3-cü bəndində dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəzanı istisna edən səbəblərin də əksini tapacağı icra mexanizmi Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra inzibati cəzanın tətbiqinə başlanılacaq.
 
Ona görə də hələlik dərs buraxmağa görə cərimələnən şagird olmayıb.
 
Nazirlikdən o da bildirilib ki, şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması daim gündəlikdə olan məsələdir və bu istiqamətdə məqsədyönlü iş aparılır.
 
Xatırladaq ki, ötən il İnzibati Xətalar Məcəlləsinə bu məsələ ilə bağlı müvafiq dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat məbləğində cərimələnəcək. Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzr dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə100 manat miqdarında cərimə tətbiq edilir.  

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ