SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Vakant müəllim yerlərini gizlətmək mümkün olmayacaq

Vakant müəllim yerlərini gizlətmək mümkün olmayacaq
8-01-2016, 17:11 33930 dəfə baxılıb

Azərbaycanda orta məktəblərdə vakant yerlərin gizlədilməsinin qarşısını almaq, vakant yerlər barədə məlumatların toplanılması prosedurunu daha da təkmilləşdirmək nəzərdə tutulur.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, əvvəllər rayon təhsil şöbələri məktəblərdən vakant yerlər barədə məlumatları toplayaraq nazirliyə göndərirdi.
 
Foto: Vakant müəllim yerlərini gizlətmək mümkün olmayacaq (VİDEO) / Cəmiyyət
 
Onun sözlərinə görə, hazırda məktəblərdəki vakant yerlər barədə məlumatların toplanılması üçün Təhsil Nazirliyinin yaratdığı elektron sistem fəaliyyət göstərir və vakant yerlər barədə məlumatlar da elektron qaydada toplanılır: "Sistemdə yalnız vakant yerlər haqqında deyil, həm də məktəblərdəki pedaqoji heyətin ümumi dərs yükü, məktəbdəki müəllimlərin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatlar yer alıb".
 
Nazirlik rəsmisi deyib ki, elektron sistem yaradıldıqdan sonra vakant yerlər barədə məlumatların toplanılması zamanı onların yaddan çıxıb qalması, gizlədilməsi kimi bir çox halların baş verməsinin qarşısı alınıb: "Amma biz istəyirik ki, bunu daha da təkmilləşdirək. Çünki vakansiya ildə bir dəfə deyil, ilin istənilən günündə yarana bilər".
 
İ.Nağıyev əlavə edib ki, hazırda vakant yerlər barədə məlumatlar tədris ilinin sonuncu 3 ayı ərzində toplanaraq sistemə yüklənilir. Amma gələcəkdə vakant yerlər barədə məlumatların onlayn rejimdə toplanılması nəzərdə tutulur.
 
O qeyd edib ki, onlayn rejim olan zaman müəllim işdən çıxdıqda, analıq məzuniyyətinə getdikdə, iş yerini dəyişdikdə sistem avtomatik olaraq yeni vakant yerin yarandığını açıqlayacaq. Bununla da istənilən yeni vakant yer haqqında məlumat operativ olaraq bütün il ərzində sistemə ötürüləcək.
 
İ.Nağıyev əlavə edib ki, artıq müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balını toplamış namizədlərə də müvafiq bildirişlərin göndərilməsi nəzərdə tutulur: "Əsas məsələlərdən biri vakanat yerlərin müəyyənləşdirilməsi, ikinci daha vacib məsələ həmin vakant yerlərə kimlərin göndərilməsi, daha layiqli namizədin müəyyənləşdirilməsidir. Buna görə də nəzərdə tutulur ki, keçid balını toplamış, ərizəsində yazdığı rayonu, məktəbi seçmiş, amma oraya düşməmiş namizədə avtomatik bildiriş göndərilərək ona hansı yerdə vakansiya yaranması barədə məlumat verilsin. Əgər o, elektron qaydada sənəd verərsə, həmin şəxs keçid balını topladığı üçün onu həmin yerə göndərə bilərik”.
 
Nazirlik rəsmisinin sözlərinə görə, bu il müəllimlərin işə qəbulu ilə bağlı prosedurun dəyişdiriləcəyi gözlənilmir. Amma test imtahanının, müsahibə proqramının daha təkmil edilməsi məsələlərinə baxıla bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ