SON DƏQİQƏ

PressDent.Info

Sabahdan Azərbaycan məktəblərində 5 günlük tətil başlayır

Sabahdan Azərbaycan məktəblərində 5 günlük tətil başlayır
31-12-2015, 17:37 26274 dəfə baxılıb

Sabahdan Azərbaycanın orta ümumtəhsil məktəblərində 5 günlük tətil başlayır.

Dekabrın 31-dən yanvarın 5-dək məktəblərdə qeyri-iş günləri olacaq.
 
Xatırladaq ki, bütün şagirdlər üçün növbəti qış tətili 5 günlük olacaq və yanvarın 27-də başlayıb 31-də başa çatacaq. Həmçinin məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.
 
Qeyd edək ki, bu il şagirdlər üçün martın 17-dən 24-dək olan 8 günlük "Yaz tətili" olmayacaq. Buna səbəb Novruz bayramı günlərində qeyri-iş günlərinin sayının çox olmasıdır. Ona görə də məktəblilər üçün ayrıca yaz tətili nəzərdə tutulmayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ